“Azərreyl” “Ximik” üzərində asan qələbə qazandı

2 Fevral 2011 11:05 (UTC+04:00)

Bu gün Azərbaycan təmsilçisi, qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Ukraynanın "Ximik" komandası ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, komandamızın "Çelenc Cup" turnirinin 1/8 final mərhələsi çərçivəsində ilk görüşü səfərdə keçirilib. Oyunu bolqarıstanlı Ognian Tankişev və polşalı Agnieszka Miçlik idarə edib. Qarşılaşmada komandamız növbəti qəlbəsinə imza atıb. Belə ki, "Azərreyl" rəqibi 0:3 hesabı ilə darmadağın edib (14:25, 18:25, 13:25).

Xatlırladaq ki, "Azərreyl" "Çelenc Cup"da hələ ki, məğlubiyyət acısı yaşamayıb.