Səfir ölkə başçılarının görüşlərindən razıdır

15 May 2019 17:11 (UTC+04:00)

Paşinyan və Əliyevin görüşləri Qarabağ münaqişəsi zonasında şiddəti azaldıb. SİA Ermənistana məxsus aysor.am saytına yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Lin Treyci deyib.

ABŞ-ın Ermənistandakı səfiri Lin Treyci bəyan edib ki, bu gün Ermənistan və Azərbaycan nümayəndələri arasındakı kontaktlar prosesi ilhamlandırır. "Ermənistan Baş naziri Nikol Pashinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yüksək səviyyəli görüşlər nəticəsində təmas xəttində şiddətin azalması və digər müsbət impulslar müşahidə olunur", -deyə L.Treyci bu gün jurnalistlərə bildirib.