Rusiyalı turistlər Misirdə istirahəti dayandırıb qayıtmaqdan imtina edir

2 Fevral 2011 09:45 (UTC+04:00)

Rusiyadan Misirə dincəlmək üçün səfər etmiş turistlər Moksvanın ölkədə vəziyyətlə əlaqədar xəbərdarlıqlarına baxmayaraq, səfərlərini yarımçıq qoymaqdan imtina edirlər. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Rusiyanın Federal Turizm Agentliyinin sözçüsü Oleq Mosees Amerikanın səsinin rus xidmətinə bildirib ki, rəsmiləri turistlərin Misirdə məzuniyyətlərini yarımçıq qoyub qayıtmaq üçün onlara təzyiq göstərmir.

 

Rusiyanın Turizm Nazirliyinin məlumatına görə, 2010-cu ildə təxminən 15 milyon rusiyalı turist Misrə səfər edib. Ən populyar kurort olan Şarm əl-Şeyx Misrin əsas şəhərlərində baş verən proseslərdən kənarda qalır. Rusiyanın böyük şirkətləri öz işçilərini ölkədən çıxarır. Lukoil şirkətinin sözçüsü Qriqoriy Volçek deyib ki, şirkət Rusiya vətəndaşları və onların ailələrini Qahirədən Dubaya köçürür.