Kalsium çəkinin azalmasına kömək edir

2 Fevral 2011 09:28 (UTC+04:00)

Arıqlamaq üçün pəhriz saxlamaqdan başqa qida rasionuna D vitamini və kalsium əlavə etmək məsləhətdir. Bu yaxınlarda aparılan tədqiqatların nəticələri göstərir ki, belə pəhriz saxlayan xanımlar D vitamini və kalsium qəbul etməyən qadınlara nisbətən dörd dəfə daha çox arıqlayıblar.

SİA-nın xəbərinə görə, alimlər hesab edirlər ki, orqanizmdə kalsium çatışmayanda insan minerallarla zəngin yeməklərə can atır. Təəssüf ki, tərkibində kalsiumun miqdarı çox olan bir çox məhsullar yağlı və kalorilidir (dondurma və yağlı pendir).

Tədqiqat zamanı qadınların rasionuna hər gün 600 milliqram kalsium əlavə edilib. Belə qadınlar kalsium qəbul etməyənlərə nisbətən daha çox arıqlayıblar. Kalsiumu D vitami ilə qəbul etmək isə həmin təsiri daha da gücləndirmiş və orqanizm daha çox kalsium qəbul edib.