FHN xüsusi hazırlıq kursları təşkil edib

15 May 2019 14:24 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN Akademiyasının birgə fəaliyyət planı əsasında xüsusi hazırlıq kursları təşkil edilib. FHN-dən SİA-ya bildiriblər ki, Akademiyasının kursantları təcrübəli dalğıc mütəxəssislərin cəlb olunduğu hazırlıq kurslarında dinləyici kimi iştirak ediblər. Üç qrupda 3-cü dərəcəli dalğıc hazırlıq kursu Xidmətin Şıx sularda xilasetmə məntəqəsində təşkil olunub.

Kursantlara xidmətin fəaliyyət istiqamətləri, dalğıc hazırlığı kursunun nəzəri və təcrübi hissələri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, dalğıc avadanlığı və onlardan istifadə qaydaları izah olunmaqla sualtı dalğıc enişləri nümayiş etdirilib.