Azərbaycanın təbii qaz ixracı 2 dəfədən çox artıb

15 May 2019 14:15 (UTC+04:00)

Cari ilin ilk 4 ayında Azərbaycandan 4 milyard 39 milyon 658 min kubmetr təbii qaz ixrac olunub. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, yanvar-aprel aylarında ixrac olunan təbii qazın dəyəri 637 milyon 955 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 1 milyard 893 milyon 203 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 342 milyon 922 min dollar olmuşdu.