Paşinyan və Ermənistan Brüsseldə rüsvay oldu Uğursuz foto

15 May 2019 13:02 (UTC+04:00)

Ermənistanın “Past” qəzeti yazır ki, Şərq tərəfdaşlığı sammitində iştirakçı ölkə liderləri şəkil çəkdirərkən Nikol Paşinyan pis vəziyyətdə qalıb. SİA xəbər verir ki, erməni nəşrinin yazdığına görə, qurumun Facebbok-dakı rəsmi səhifəsində yayımlanan fotoşəkil böyük səs-küyə səbəb olub. Bundan sonra Paşinyanın rüsvay olduğu həmin foto səhifədən silinərək götürülüb. Ermənistan rəhbərliyi isə həmin fotonu “təsadüfi uğursuzluq” kimi qələmə verib.

Lakin “Past” qəzeti bununla razılaşmayıb. “Fotoda açıq-aydın görünür ki, Ermənistanın baş naziri Ukraynanın fəaliyyətdə olan prezidentinin arxasında və çox narahat yerdə dayanıb, hətta praktiki olaraq kadrda görünmür”, deyə yazan erməni qəzeti əlavə edib ki, beynəlxalq münasibətlər və protokol mütəxəssislərinin fikrincə bu təsadüf ola bilməzdi, çünki mövcud hallarda ən kiçik detallar belə hesaba alınır: “Bundan əlavə, “uğursuz” fotoşəkil anlaşılmazlıq yaradır. Ekspertlərin fikrincə, Avropa tərəfi bu vasitə ilə bir reallığa reaksiya göstərib ki, Nikol Paşinyan Brüsselə gəlsə də, mühüm siyasi tədbirlərdə iştirak etməyib.

Lakin səbəblərdən asılı olmayaraq, Ermənistanı təmsil edən cavabdeh şəxslərin davranışları çox mühümdür. Söhbət protokol və informasiya baxımından cavabdeh olan insanlardan gedir. Əvvəl-axır burada məsələ Nikol Paşinyanda deyil, məsələ ölkəmizə, dövlətimizə və ona xaircdən göstərilən münasibətdədir”.