Bank BTB sərfəli şərtlərlə Nağd Pul kreditini təklif edir

15 May 2019 12:20 (UTC+04:00)

Bank “BTB” ASC yaz-yay mövsümündə sərfəli şərtlərlə “Nağd pul” krediti məhsulunu təklif edir. Belə ki, “Nağd pul” krediti məhsulunun şərtlərindən faydalanaraq bütün planlarınızı həyata keçirmək şansınız var.

Təqdim olunan şərtlərə əsasən əhali “Nağd pul” kreditini AZN valyutasında 18%-dən, USD valyutasında isə 10%-dən başlayan illik faiz dərəcələri ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 36 ayadək kredit əldə etmək mümkündür.

Qeyd edək ki, müştərilər kredit müraciəti üçün artıq banka gəlməyə də bilərlər. Bank BTB-nin rəsmi saytında https://www.btb.az/az/individual/loans/nagd-pul-krediti-3 müvafiq səhifədə Kredit sifarişini onlayn doldurduqda müraciətiniz banka daxil olur. Müvafiq bank mütəxəssisləri daxil olan sifarişləri qısa zamanda dəyərləndirib hər bir müraciətin cavablandırılmasını təmin edirlər.

Bank “BTB” ASC–nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya "Facebook" səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.