Sevda hamilədir? VİDEO

15 May 2019 14:25 (UTC+04:00)

Müğənni Sevda Sanəliyeva "İnstagram" səhifəsində yeni video paylaşıb. SİA-nın məlumatına görə, o, yeni görüntüləri ilə izləyicilərinin diqqətini cəlb edib. Belə ki, sənətçinin qarnının böyük görünməsi sosial şəbəkədə suallar meydana gətirib. Belə ki, izləyicilər müğənniyə "Yenə hamiləsiniz? Sevda xanım, hamiləyə oxşayırsınız" kimi suallar ünvanlayıblar.

Sənətçi isə yazılan şərhlərə "Yox" cavabını verib.

Qeyd edək ki, Sevdanın ilk evlilikdən bir oğul, ikinci nikahdan isə qız övladı var. Sənətçi Cəmil adlı şəxslə ailəlidir.