ABŞ prezidentinin kortejində qəza baş verib

15 May 2019 00:49 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın kortejində yer alan motosikletlərdən 3-ü yol-nəqliyyat hadisəsində zərər görüb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə “Blumberq” Agentliyinin müxbiri Cennifer Ceykobs özünün Twitter səhifəsində yazıb.

Ceykobs Trampı jurnalist kimi müşayiət edirmiş. Qəza prezidentin səfərdə olduğu Luiziana ştatında baş verib.

Ceykobsun yazdığına görə, Trampın maşını heç bir ziyan görməyib, lakin kortejdəki zabitlərdən üç nəfəri xəsarət alıb.