Bankomatlar və Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır

2 Fevral 2011 03:32 (UTC+04:00)

2011-ci il yanvar ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1892 ədəd olub. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 198 ədəd çoxdur. Cari ilin yanvarın 1-nə bankomatların 1053-ü Bakı şəhərində, 839-u isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 7872 ədəd olub. Cari dövrdə pos-terminalların 7069-u Bakı şəhərində, 803-ü isə digər regionlarda yerləşir.

2011-ci il yanvar ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 6% artaraq 4 milyon 231 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 5 milyon 240 min ədəd olmuşdur. Onlardan 96%-i debet kartlarının payına düşür.