2011-ci il yanvar ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 8 milyard 297,5 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,5% artıb.
2011-ci il yanvarın 1-nə olan pul kütləsinin 5 milyard 455,8 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 263,1 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 578,6 milyon manatı isə müddətli depozitlərin payına düşüb.