Mayın 16-da, saat 14.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda konsert keçiriləcək. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun SİA-ya verdiyi məlumata görə, konsert 28 May - Respublika Günü münasibəti ilə keçiriləcək.
Konset Sadıqcan adına Şuşa Şəhər Ümumtəhsil Musiqi Məktəbi şagirdlərinin 2018-2019-cu tədris ilinin yekununa həsr olunub.