Rusiyanın tanınmış pianoçusu Nana Koqanla görüş keçirilib- FOTO
2 Fevral 2011 02:49 (UTC+04:00)
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rusiyanın tanınmış pianoçusu Nana Koqanla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən muzeyin direktoru Alla Bayramova bildirib ki, muzeydə görkəmli musiqiçilərlə tez- tez görüşlər təşkil olunur: "Muzeyin bugünki qonağı isə tanınmış skripkaçı olan Leonid Koqanın qızı məşhur pianoçu Nana Koqandır. Bilirik ki, fevralın 5-də dahi bəstəkar Qara Qarayevin doğum günüdür. Sevindirici haldır ki, bu zaman çərçivəsində pianoçu N. Koqan muzeyimizin qonağı olmağa razılıq verib. Nana Koqan həmçinin bizim muzeyə onun atası Leonid Koqan və Qara Qarayev haqqında olan əlyazmaları hədiyyə edib. Buna ona görə edib ki, L. Koqan zamanında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevlə dostluq münasibətləri qurub".
A. Bayramova onu da qeyd edib ki, bugünki görüşdə pianoçunun həyat və yaradıcılığı haqqında geniş söhbətlər edəcəyik: "Bununla yanaşı, muzeyimizin dahi bəstəkarımız Qara Qarayevin yaradıcılığı ilə bağlı bir sıra layihələri də var. Belə ki, bununla bağlı fevralın 4-də M. F. Axundov adına Milli Kitabxanada "Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında" adlı kitabının təqdimat mərasimi keçiriləcək".
Daha sonra çıxış edən məşhur pianoçu Nana Koqan bildirib ki, bu onun Bakıya ikinci səfəridir: "Azərbaycana ilk səfərim ötən ilin sentyabrında olub. Sizin çox gözəl ölkəniz var. Buradakı insanların qonaqpərvərliyi məni heyran edib".
3 gün burada olacağını vurğulayan pianoçu: "Fevralın 3 də Müslüm Moqamayev adına Dövlət Flarmoniyasında iki piano üzrə Şestakoviçin, Bern Staynın və Qri Qanın əsərlərini ifa edəcəyəm",- deyə əlavə edib.
N. Koqan tanınmış skripkaçı Leonid Koqanın qısa ömür yaşamasına baxmayaraq özündən sonra böyük sənət əsəri qoyub getdiyini qeyd edərək atasının Azərbaycana çox bağlı olduğunu və tez- tez buraya səfərlər etdiyini diqqətə çatdırıb: "Atamın həmçinin Azərbaycanın məşhur dirijorları və musiqişünasları ilə sıx əməkdaşlığı olub".
Görüşün davamında pianoçu Nina Koqan həyat və yaradıcılığını özündə əks etdirən fotolardan ibarət slayd- şou nümayiş olunub.
Tdbirin sonunda isə N. Koqan öz ifası ilə görüşə gələnlərin marağına səbəb olub.