Azərbaycan millisi Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pridə ilk medalını qazanıb. SİA-nın məlumatına görə, 60 kq çəkidə çıxış edən Vüqar Şirinli finalda Rumıniya təmsilçisi Florin Aleksandrunu 1:0 hesabı ilə məğlub edərək, qızıl medala yiyələnib.
*****
Millimiz Qran-pridə ikinci qızıl medalını qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqi üstələyib.
*****
Yığmamız daha iki medal qazanıb. Bayram Mustafayev (66 kq) finalda gürcüstanlı Giorgi Kaldaniyə uduzaraq gümüş medal əldə edib.
66 kq yarışan digər idmançımız Namiq Abbaslı üçüncü yer uğrunda Gürcüstan təmsilçisi Giorgi Qamyaşvilini üstələyib.
*****
52 kq çəki dərəcəsində çıxış edən Səbinə Abdullayeva və Bəsti Səfərovanın bürünc medal görüşündə ikinci qalib gəlib.
73 kq çəkidə mübarizə aparan Ramil Qasımov bürünc medal uğrunda görüşdə almaniyalı Nikolai Kornhassdan üstün olub.
*****
Turnirin ilk günündə millimizin qazandığı medalların sayı 8-ə çatıb. 57 kq çəkidə Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanovanın görüşündə birinci qalib gəlib. Beləliklə, onlar müvafiq olaraq qızıl və gümüş medal əldə ediblər.
****
Bu gün son olaraq 81 kq çəki dərəcəsindəki final görüşündə Hüseyn Rəhimli Özbəkistan təmsilçisi Davurxom Karomatovla üz-üzə gəlib. Rəqibinə uduzan idmançımız gümüş medalla kifayətlənib.
*****
Millimiz bu gün yarışda ümumilikdə 9 medal qazanıb. Şahanə Hacıyeva (48 kq), Vüqar Şirinli (60 kq) və Sevda Vəliyeva (57 kq) qızıl, Bayram Mustafayev (66 kq), Afaq Sultanova (57 kq) və Hüseyn Rəhimli (81 kq) gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) bürünc medala sahib olub.