Hemilton Formula 1 üzrə İspaniya Qran-prisinin qalibi olub

13 May 2019 09:17 (UTC+04:00)

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə İspaniya Qran-prisinin qalibi olub. SİA-nın məlumatına görə, ikinci yeri Hemiltonun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yeri isə "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen tutublar.

Mövsümün ilk 5 yarışından sonra L.Hemilton 112 xalla turnir cədvəlinə liderlik edir. İkinci yerdə V.Bottas (105 xal), üçüncü yerdə isə M.Ferstappen (66 xal) qərarlaşıblar.

Formula 1 yarışlarının növbəti mərhələsi mayın 24-26da Monakoda keçiriləcək.