Somalidə türk mühəndisin maşını partladılıb

13 May 2019 00:01 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişuda bir türk mühəndisin maşınına quraşdırılmış bomba partladılıb. Hadisə nəticəsində yaralanan mühəndis xəstəxanada vəfat edib. Məsuliyyəti Əş-Şəbab terror qruplaşması üzərinə götürüb.