Tehran Məmmədov fəxri kürsün ən yüksək pilləsinə qalxıb

12 May 2019 16:00 (UTC+04:00)
Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Azərbaycan Ağır Atletika Federasiyasından SİA-ya bildiriblər ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında növbəti dəfə körpücük üzərinə çəkisi 55 kiloqrama qədər atletlər mübarizəyə qoşulublar. Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Qobustan rayonun təmsil edən Tehran Məmmədov toplam 196 kiloqram (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. İkinci pillədə toplam 190 kiloqram (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pillədə isə 176 kiloqram (80+96) nəticə ilə Əvəz Tağıyev tutub. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.