Misirdə üsyanın baş verməsində maraqlı olan qüvvələrin "quyruğu" görünüb
1 Fevral 2011 19:53 (UTC+04:00)
Misirdə ölkə hakimiyyətinə qarşı üsyanda xalqı daha da qəzəbləndirəcək yeni görüntülər ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, görüntülərdə polisin paytaxt Qahirədə namaz qılan nümayişçilərin üzərinə su axıtdığı göstərilib. İddialara görə, "Qiyamət günü" adlandırılan bu görüntlərin 1 milyon adamın qatılması gözlənilən etiraz nümayişi öncəsi yayılması vəziyyəti daha da gərginləşdirə bilər.
Qeyd edək ki, müxalifət bu gün Qahirədə 1 milyon adamın iştirak edəcəyi etiraz nümayişi keçirməyi planlaşdırıb. Hakimiyyətdən də etirazçılara qarşı sərt tədbirləri görüləcəyi açıqlaması gəlib. Ölkədəki bütün qatar səfərləri dayandırılıb.