Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünün sonuncu turunun oyun cədvəli açıqlanıb. PFL-in rəsmi saytında yer alan məlumata görə, turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.
Çempionatda mövsümün son oyunu olacaq "Neftçi" - "Qarabağ" görüşündən sonra mükafatlandırma mərasimi təşkil olunacaq. "Qarabağ"a qızıl, "Neftçi"yə gümüş, "Səbail"ə isə bürünc medallar təqdim olunacaq.
11 may (şənbə)
15:00. “Səbail” – “Keşlə”
“ASCO Arena”
16:00. “Sabah” – “Zirə”
“Əlincə Arena”
16:00. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”
18:00. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”, (CBC Sport/canlı)