İbrahim Tatlısesə İraqın lideri olmağı təklif ediblər- FOTO
1 Fevral 2011 01:30 (UTC+04:00)
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses Mahsun Kırmızıgüldən aldığı təklifə görə şoka düşüb. SİA-nın "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, M. Kırmızıgülün rejissoru olduğu yeni film proyekti üçün İbrahim Tatlısesi Səddam Hüseyn roluna layiq görüncə qiyamət qopub.
"Halepçe Katliamı"nın (Halepçe qətliamı) filmini çəkmək istəyən Mahsun Kırmızıgül baş rollardan biri üçün İbrahim Tatlısesi düşünərək bu təklifi edib. Tatlıses təklifə əvvəlcə "hə" desə də, sonra rolu eşidincə dəliyə dönüb.
Belə ki, "Beyaz Mələk", "Günəşi Gördüm" və "Nyu- Yorkda Beş Minarə" kimi filmləri qalmaqallara səbəb olan rejissor və aktyor Mahsun Kırmızıgül bu dəfə də "Halepçe Katliamı" filmini çəkməyə başlayıb. Kırmızıgülün bu filmindəki Səddam Hüseyn rolu üçün İbrahim Tatlısesi uyğun hesab etdiyi və məşhur müğənniyə təklif etdiyi deyilir.
Rejissor Mahsun Kırmızıgül bu dəfə də İraqın Kürd bölgəsində baş verən "Halepçe Katliamı" ilə əlaqədar yeni bir proyekt üzərində çalışır. O insanlıq tragediyasının əhvalatını lentə köçürmək istəyir.
Qırğın əmrini verən Səddam Hüseyn rolu üçün Kırmızıgülün rola çox yaraşdırdığı bir ad vardı: "Məşhur müğənni İbrahim Tatlıses".