Qırğızıstanda 4,6 bal gücündə zəlzələ olub

5 May 2019 17:34 (UTC+04:00)

Qırğızıstanda 4,6 bal gücündə zəlzələ baş verib. SİA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 06:54-də qeydə alınan yeraltı təkanların episentri Karakol şəhərindən 65 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.