"BMT TŞ-nın üzvlərinin sayının artırılması ilə bağlı ideya özünü doğrultmadı"

3 May 2019 12:26 (UTC+04:00)

"BMT-də islahalatlarla bağlı fikirlər səslənirdi ki, Təhlükəsizlik Şurası üzvlərinin sayı artsın, lakin bu, özünü doğrultmadı". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş "BMT sistemində Sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" adlı panel müzakirəsində çıxışında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, ümumiyyətlə, BMT-nin sistem kimi yaranmasının özü dünya üçün böyük dəyərdir: "BMT mövcud olmasaydı, istənilən belə təsisat yaratmalı idik. BMT Xartiyasında heç bir müharibə olmayacağı dünyanın yaradılması əksini tapıb".

Nazir vurğulayıb ki, Xartiya qəbul olunanda Fələstin məsələsi, Pakistan-Hindistan məsələsi mövcud idi: "BMT Təhlükəszilik Şurası buna çox mudaxilə etməyə çalışırdı. O zaman bir sıra qətnamələr qəbul edildi. Bəziləri qismən icra edildi, bəziləri icra olunmamış qaldı".