Rusiya Venesuelaya görə ABŞ-la mübarizəyə başlayır

2 May 2019 22:20 (UTC+04:00)

"ABŞ-ın Venesuelaya hərbi müdaxilə planlarına qarşı bir neçə ölkənin iştirakı ilə qrup formalaşdırılacaq." Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Sözügedən qrup BMT-də yaradılacaq. Qrupa BMT daxilində ciddi dəstək veriləcəyinə ümid edirəm. Çünki ortada bəsit mövzu var. BMT qətnaməsi çərivəsində beynəlxalq hüquq və prinsiplərin qorunmasından söhbət gedir”, - deyə XİN rəhbəri bildirib.