Ermənistanda cinayətlərin sayı kəskin artıb

2 May 2019 11:34 (UTC+04:00)

2018-ci ildə Ermənistanda törədilən cinayətlərin sayı kəskin artıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Artur Davtyanın hesabatında deyilir.

Onun sözlərinə görə, ölkədə 22551 cinayət faktı qeydə alınıb. Bu isə ötən illə müqayisədə 11,2% artım deməkdir.