Messi "Barselona"da 600-cü qolunu vurub

2 May 2019 10:29 (UTC+04:00)

Lionel Messi "Barselona"da 600-cü qolunu vurub. SİA-nın məlumatına görə, argentinalı futbolçu Çempionlar Liqasının "Liverpul"la oyununda dubl edərək bu göstəriciyə çatıb.

Messi "Barselona"nın heyətində ümumilikdə 683 matç keçirib. O, klubda ilk qolunu 14 il əvvəl - 1 may 2005-ci il tarixində "Albasete"nin qapısına vurub.