"Qəbələ" finalda!

1 May 2019 19:34 (UTC+04:00)

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Bu gün keçirlən qarşılaşma ilə ilk finalçı müəyyənləşib. Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Ağdam klubu ilk görüşdə 0:1 hesabı ilə uduzduğu rəqibini 2:1 məğlub edib. Səfər qolu sayəsində finala "Qəbələ" yüksəlib.