Samir Bağırov: “O günləri beynimdən silmək istəyirəm”
29 Yanvar 2011 18:20 (UTC+04:00)
Səhnənin ən ekstrovaqant müğənnisi olan Samir Bağırov hər kəsi narkotik asılılıqdan uzaq olmağa çağırır. Ötən il məhz bu dəhşətli vərdişə tutulan müğənni uzun müddət Moskvada müalicə alandan sonra narkotikdən uzaq olmaq üçün əlindən gələni edir. İndi Samir o günləri heç ağlına belə gətirmək istəmir: "Oy, dəhşət idi. Çox ağır günlər idi. Mən indi ona qayıtmaq istəmirəm, o günləri beynimdən silmək istəyirəm. Mən sadəcə insanları çağırıram ki, bundan canlarını qurtarsınlar. Narkotikə qurşanmasınlar. Bu, çox qorxulu şeydir!".
Həyatında bir çox çətinliklər yaşayan Samir aldığı zərbələrdən belə həvəslənməyi bacarır: "Həyatımdakı çətinliklər məni arıqlamağa məcbur edir. Ona görə də rahat oluram ki, arıqlayıram (gülür)".