Səbailda yanğın olub: 10 nəfər təxliyə olunub

28 Aprel 2019 09:50 (UTC+04:00)
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 900 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb. FHN-dən SİA-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.