Kreml Trampın təşəbbüsünə cavab verdi

26 Aprel 2019 20:05 (UTC+04:00)

Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın nüvə müqaviləsinin məhv edilməsi ilə bağlı açıqlamasını şərh edib. O bildirib ki, bu olduqca gözəl ideyadır: "Lakin heç bir detal verilməyib. Təşəbbüsün mahiyyəti barədə anlayış yoxdur."

Qeyd edək ki, ABŞ rəhbərliyinin Rusiya və Çini də əhatə edəcək yeni nüvə sazişi ilə bağlı nazirliklərlə danışıqlar apardığı barədə məlumat yayılıb.