“Barselona” 21 yaşlı hücumçuya "elçi düşüb"

26 Aprel 2019 19:32 (UTC+04:00)

“Barselona” “Mançester Yunayted”in futbolçusu Markus Reşfordu heyətinə qatmağı planlaşdırır. Britaniya mətbuatının yazdığına görə, Kataloniya klubu 21 yaşlı hücumçu üçün 115 milyon avroluq müqavilə təklif etməyə hazırlaşır.

Futbolçunun “qırmızı şeytanlar”la 2020-ci ilədək müqaviləsi olsa da, İngiltərə təmsilçisinin növbəti il UEFA Çempionlar Liqasına qatıla bilməməsi onun komandadan ayrılması ilə nəticələnə bilər.