"Türkiyəyə qarşı təhdid və təzyiqlər nəticə verməyəcək" XİN sözçüsü

26 Aprel 2019 16:15 (UTC+04:00)

"ABŞ anlamalıdır ki, Türkiyəyə qarşı təhdid və təzyiqlər nəticə verməyəcək". SİA "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy, ABŞ-ın vitse-prezidenti Mayk Pensin NATO-nun xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə Türkiyənin ünvanına səsləndirdiyi tənqidlərə münasibət bildirərkən deyib.

"ABŞ rəsmiləri yenə də təhdid dilinə əl atdılar. Amma əvvəllər bu cür yanaşmaların mənasız olduğunu gördük. Ankara təzyiqlərə boyun əyməyəcək. ABŞ nəticə etibarilə Ankaraya qarşı təhdidlərin mənasız olduğunu dərk etməlidir", Aksoy bildirib.

Onun sözlərinə görə, Türkiyə və ABŞ ikitərəfli münasibətlərdəki problemləri həll etmək üçün dialoqu davam etdirirlər: "Biz Amerika tərəfinin Türkiyənin milli təhlükəsizliyinə təsir edən məsələlərdə konkret addımlar atmasını gözləyirik".