F2 yarışlarının sərbəst yürüşündə üçülüyə düşən pilotlar məlum olub

26 Aprel 2019 12:07 (UTC+04:00)

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışları üzrə birinci sərbəst yürüşün üçülüyünə düşən pilotlar məlum olub. SİA-nın məlumatına görə, 45 dəqiqə davam edən sərbəst yürüş nəticəsində "UNİ-Virtuosi" komandasının pilotu "Luka Qiotto" 1-ci, Carlin komandasının pilotu Nobuharu Matsuşita 2-ci, "MP Motorsport" komandasının pilotu Cordan Kinq isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gün Formula 2-nin sıralama turu da keçiriləcək.

Sərbəst yürüşün nəticələrini nəzərinizə çatdırırıq: