"Azərbaycanda vətəndaş cəmiyyəti hərtərəfli inkişaf edir" ÖZƏL-MÜNASİBƏT

26 Aprel 2019 10:30 (UTC+04:00)

“Ölkəmizdə vətəndaş cəmiyyəti inkişaf yolundadır”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.

R.Zeyni bildirib ki, son illər dövlətin üçüncü sektorun inkişafına dəstəyi daha artıb. Onun sözlərinə görə, Azərbaycan artıq dialoqlar, mədəniyyətlər, tolerantlıq, idman mərkəzinə çevrilib: “Eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyəti də hərtərəfli inkişaf edir. Hər bir cəmiyyətin, hər bir təşkilatın problemləri var, amma bu o demək deyil ki, Azərbaycanda hökumət səviyyəsində qeyri-hökumət təşkilatlarına problemlər yaradılır. Bunlar qeyri-obyektiv məlumatlardır. Bəzi beynəlxalq təşkilatların bu yöndəki iddialarının heç bir əsası yoxdur”- deyə, R.Zeyni qeyd edib.