"Beşiktaş" Şenol Günəşi buraxmır

25 Aprel 2019 22:39 (UTC+04:00)

"Beşiktaş" baş məşqçisi Şenol Günəşlə əməkdaşlığa davam etmək istəyir. Türkiyə mətbuatının yazdığına görə, komandanın son həftələrdə uğurlu çıxışından sonra klub rəhbərliyi bu qərara gəlib. İstanbul təmsilçisinin prezidenti Fikrət Orman 66 yaşlı mütəxəssisin yeni mövsümdən Türkiyə millisini ilə yanaşı, "Beşiktaş"ı çalışdırmağını istəyir.

Bildirilir ki, Ş.Günəş bu təklifə razılıq versə belə, qaydalara əsasən, bununla bağlı son qərarı Türkiyə Futbol Federasiyası verəcək. Qurum istəsə, baş məşqçinin iki yerdə işləməyinə qarşı çıxa bilər.

Qeyd edək ki, Ş.Güneş fevralda Türkiyə millisi ilə 4 illik müqavilə imzalayıb.