Üç ayda 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

25 Aprel 2019 16:01 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında dəniz limanlarında 2 milyon 95 min 700 ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, yüklərin 1 milyon 874 min 300 tonunu və ya 89,4 faizini tranzit yüklər təşkil edib. Aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 59,1 min ton olub.
Üç ay ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 44,4 faiz artaraq 3,9 min nəfər təşkil edib.