Almaniya kubokunun yarımfinal mərhələsində ikinci yarımfinal görüşü keçirilib.
SİA-nın məlumatına görə, bir oyundan ibarət görüşdə “Verder” öz meydanında “Bavariya”nı qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bir gün əvvəl keçirilmiş digər yarımfinal oyununda isə meydan sahibi “Hamburq” qonaq komanda “Leyptsiq”ə 1:3 hesabı ilə uduzub.
Beləliklə, mayın 25-də baş tutacaq final görüşündə “Bavariya” ilə “Leyptsiq” üz-üzə gələcək.