Samuxda 12 yaşlı yeniyetmə boğularaq ölüb

25 Aprel 2019 02:06 (UTC+04:00)

Samux rayonunda boğazına kəndir dolanan 12 yaşlı yeniyetmə boğularaq ölüb. "Report"un məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.