Sumqayıtda fəhləni bıçaqlayıb öldürdülər

25 Aprel 2019 01:03 (UTC+04:00)

Sumqayıtda qətl hadisəsi törədilib. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.