Ermənilər yenidən Azərbaycanın mövqelərini atəşə tutub
28 Yanvar 2011 19:45 (UTC+04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 27-də saat 17.12-dən 17.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərini, saat 22.20-dən 22.23-dək Cəbrayıl rayonunun işğal olunmuş ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.