Sankt-Peterburqda iki Azərbaycanlı güllələnib

28 Yanvar 2011 19:42 (UTC+04:00)

Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda iki Azərbaycanlının xəsarət alması ilə nəticələnən hadisə baş verib. SİA-nın Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, ilk hadisə Kupçina rayonu ərazisində yerləşən tərəvəz anbarının yanında baş verib. Hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə gəldikləri zamanı yiyəsiz qalan Porsche Cayenne avtomobili aşkar ediblər. Hadisə yerinə baxış keçirilərkən avtomobilin içərisində travmatik silahın gilizləri tapılıb. Eyni zamanda avtomobilin Vıborqa rayonunda məskunlaşan və əslən azərbaycanlı olan 26 yaşlı şəxsə məxsus olduğu aydınlaşıb.

 

İkinci hadisə isə məhz eyni yerdə baş verib. Bu haqda isə hüquq mühafizə orqanlarına təcili tibbi yardım stansiyasından daxil olub. Belə ki , əslən Azərbaycandan olan 39 yaşlı şəxs boyun nahiyəsindən travmatik silahdan xəsarət alıb. Hər iki şəxs hazırda həkim nəzarəti altında saxlanılır. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.