Torpaq sürüşməsi 32 can aldı

24 Aprel 2019 10:19 (UTC+04:00)

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 28 nəfərin öldüyü deyilirdi.

İtkin düşənlərlə bağlı işlər davam etdirilir.

Xatırladaq ki, aprelin 21-də Kolumbiyada güclü yağışlar nəticəsində torpaq sürüşməsi meydana gəlib.