Fransa futbolunda bir ilk: Qadın hakim iş başında!

24 Aprel 2019 05:02 (UTC+04:00)

Fransa Liqasında ilk dəfə olaraq oyunu qadın hakim idarə edəcək. Fransa Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, 34-cü turda keçiriləcək “Amyen” – “Strasburq” matçı Stefani Frappara tapşırılıb. Görüş aprelin 28-də oynanılacaq. Qeyd edək ki, bu təyinat iyunun 7-dən iyulun 7-ə qədər Fransada keçiriləcək qadınlar arasında DÇ-2019-a hazırlıq məqsədi daşıyır.