Qvardiola: “Mançester Siti artıq Old Traffordda oynamaqdan qorxmur”

23 Aprel 2019 22:59 (UTC+04:00)

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oyunlar barədə fikirlərini bildirib.

SİA-nın məlumatına görə, məşhur mütəxəssis bu barədə deyib: “”Mançester Siti” son 10 ildə çox inkişaf etdiyindən, biz daha “Old Trafford” səfərindən qorxmuruq. Artıq oraya getmək və orada oynamaq bizim üçün qorxulu deyil. Əvvəllər, yəqin ki, bu, çox çətin idi. Son 10 ildə “Mançester Siti” oyunçularının səviyyəsinin artması bizim şanslarımızı bərabərləşdirib. Əvvəllər fərq çox böyük idi”.