Rektor: "Bu günləri heç vaxt unutmayacağam" - AÇILQLAMA

23 Aprel 2019 13:27 (UTC+04:00)

“Üç həftə ərzində Nəsimi poeziyası ilə yaşayırdıq. Üç həftə idi ki, beynimizdə Nəsiminin misraları dolaşırdı. Mənim həyatımda bu müsabiqə çox əlamətdar oldu. Təəssüf ki, zaman öz sürətini itiləşdirib və biz getdikcə mütaliəyə daha az vaxt ayırırıq". Bu sözləri ADMİU-nun rektoru, professor Ceyran Mahmudova "Nəsimi ili" ilə bağlı müsabiqə qaliblərini təbrik edərək deyib.

O əlavə edib ki, bu günlərdə tələbələrimizi dinləyərkən yenidən Nəsimi poeziyası ilə təmasda olduq: "Şəxsən mən bu günləri heç vaxt unutmayacağam. Çox xoş idi ki, Azərbaycanın bir çox ali məktəbləri dəvətimizi qəbul edərək müsabiqədə fəal iştirak etdi. Həmin ali məktəblərin rəhbərlərinə, müəllimlərinə, bir sözlə, gəncləri bu müsabiqəyə hazırlayan hər kəsə universitetimiz adından öz dərin minnətdarlığımı bildirəm. Təbii ki, bizim universitetdə çalışan müəllimlərə, bu müsabiqənin həyata keçirilməsində əməyi keçən hamıya təşəkkürümü bildirirəm. Yəqin mənimlə razılaşarsınız ki, bu günə görə o zəhmətə dəyərdi”.