Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti 2-ci mərhələsi - müsahibəsi keçirilib

28 Yanvar 2011 04:00 (UTC+04:00)

Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti ikinci mərhələsi - müsahibəsi keçirilib.

SİA-nın xəbərinə görə, müsahibədə 12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya ixtisası üzrə test imtahanı verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər. Sertifikasiya komissiyanın yekdil qərarına görə, müsahibədə iştirak edən 7 həkim növbəti mərhələni də uğurla keçiblər.