Xatirə: "Məni həyat yoldaşım idarə edir" VİDEO

22 Aprel 2019 13:23 (UTC+04:00)

"Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Xatirə İslam olub. SİA-nın məlumatına görə, sənətçi aparıcının suallarını cavablandırıb. Xatirə əvvəlki mahnılarının daha çox sevildiyini etiraf edib.

"Kimin komandasındasan?" sualına Xatirə "Hamı mənim komandamdadır" cavabını verib.

7 ildir ailəli olan sənətçi həyat yoldaşından bəhs edib: "Kənardan başqa cür görünür, deyirlər, evdə Xatirə at oynadır. Amma yoldaşım elədir, məni o, idarə edir. İllər keçib, aramızda hörmət, doğmalaşmaq var. Heç yadımda deyil ki, Fəxrəddin sonuncu dəfə mənə "Səni sevirəm" nə vaxt deyib, unutmuşam".

Xatirə açıq-saçıq geyimləri ilə bağlı suala belə cavab verib: "Şou-biznesdə lazım olanları Aygün Kazımova etdi. O, adam şou-biznesi yaratdı. Çoxları da Aygün olmaq istəyir. Soyunmaq hərdən lazımdır, bura şou-biznesdi, hər şey etmək olar. Niyə açıq geyinməməliyəm? Yetim əlində qoğal pis görünür?"