Yaxud, iki “qoçun” başı bir “AXH”-də qaynamaz
“Azərbaycan Xalq Hərəkatı” (“AXH”) daxilində cərəyan edən ziddiyyətlərin nəticəsi olaraq, bu qurumun ikiyə parçalanması faktı tərəflər arasında hələ də çölüzməmiş qalır. Bir tərəfdə dönəm sədri olan Ağ partiyanın sədri Tural Abbaslı, digər tərəfdə isə AMDP sədri İsgəndər Həmidovun, eləcə də tərəfdarlarının kəskin qarşıdurmaları hətta bir neçə dəfə görüşlər keçirilsə belə səngiməyib.
Həm T.Abbaslı, həm də İ.Həmidov əsas suçu qarşı tərəfdə, yəni bir-birlərində gördüklərini deyirlər
Bu arada, T.Abbaslı ilə İ.Həmidovun növbəti görüşündə də “AXH”də baş verən qarmaqarışıq situasiya öz həllini tapa bilməyib. Bəri başdan deyə bilərik ki, bütün bunların kökündə bilavasitə şəxsi ambisiya faktı dayanır. İdarə heyətindən çıxarılanlardan tutmuş, tərəflərin adamları arasında baş verən davalara qədər bütün günahlar qarşılıqlı olaraq irəli sürülür. Həm T.Abbaslı, həm də İ.Həmidov əsas suçu qarşı tərəfdə, yəni bir-birlərində gördüklərini deyirlər.
Maraqlısı da budur ki, Ağ partiya ilə AMDP sədrləri guya ümumi razılığın, konsensusun əldə edilməsində maraqlı olduqlarını deyirlər, hətta etiraf edirlər ki, çay içə-içə problemlərini həll etməyə çalışırlar. Amma fakt ortadadır – nə çayxorluq, nə də digər sözdə barışıqlıq istəyi mövcud “razborkanı” aradan qaldırmır. Hətta daha da qızışdırır. Yəni tərəflər siyasəti bir kənara qoyub, açıq-aydın “razborşiklik” edirlər.
Ağ partiya sədri Tural Abbaslı: “Daxildəki problemlər davam edəcək”
“İstərdim ki, ümumi bir razılıq əldə olunsun. Amma təəssüf ki, buna hələ nail olmamışıq”. Bu fikirləri T.Abbaslı deyib. Düzdür, o növbəti iclasa qədər guya hər hansı razılıq əldə ediləcəyini desə də, qarşı tərəfin ayrıca iclas etdiyi amilinə də toxunub. “Ayrı-ayrı iclasların olması ümumi prosesə ziyandır, fəaliyyəti də zəiflədir”, etirafını edən Ağ partiyanın sədri vəziyyətin qəliz olduğunu bildirib. Əbəs deyil ki, T.Abbaslı belə davam edəcəyi halda, növbəti qarşıdurmaların baş verəcəyini istisna etməyib: “Biz tərəf artıq qərarların verildiyini və qərarlara hörmətlə yanaşılmasını qeyd edirik. Düşünürük ki, bizim aldığımız qərarlar həyata keçməsə, fəaliyyət yenə də mümkünsüz olacaq, daxildəki problemlər davam edəcək. Əsas fikir ayrılığı bu məsələdədir”.
AMDP sədri İsgəndər Həmidov: “21 gündür razborka ilə məşğuluq”
İsgəndər Həmidov da qarşı tərəf məzmununda cavab verib. “Məni ağrıdan odur ki, işlərimiz, təşkilatlanma kənarda qalıb, 21 gündür razborka ilə məşğuluq”, deyən AMDP sədri dolayısı ilə qarşı tərəfdən kiminsə onların arasına nifaq saldıqlarını da bildirib, hətta bundan sonrakı hadisələrin necə cərəyan edəcəyini bilmədiyini qeyd edib: “Bir rejissorun göstərişi ilə aramıza elə bir nifaq salıblar ki, bilmirəm necə olacaq”.
Yəni fakt budur ki, ortada heç bir qarşılıqlı addım yoxdur. Uuzun illərdir ki, çayxor və “razobirşik” müxalifəti kimi tanıınan dşüərgə təmsilçilərinin bənzər davranışları vəziyyətlərinin daha da qəlizləşməsinə səbəb olmaqdadır.Necə deyərlər, iki "qoçun" başı bir "AXH"də qaynamaz. Ümumiyyətlə, “AXH”dəki qarşıdurmaların baş verməsi bütvlükdə ümumdüşərgə reallığının bariz, danılmaz sübutudur.
Rövşən NURƏDDİNOĞLU