Şri-Lankada baş vermiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfəri ötüb.
SİA-nın məlumatına görə, bu barədə ölkənin mərkəzi xəstəxanasından bildiriblər.
Əvvəlki məlumatlarda 185 nəfərin həlak olduğu, 450 nəfərdən çox yaralının olduğu bildirilmişdi.
Qeyd edək ki, bu gün Şri-Lankada kı katolik məbədlərində Pasxa bayram tədbirlərinin keçirilməsi zamanı Kolombo otelində və ölkənin müxtəlif yerlərində silsilə terror aktları baş verib.
Artıq bütün ölkə ərazisində komendant saatı elan olunub.