Hindistanda dəhşətli yol qəzası: 7 nəfər ölüb

21 Aprel 2019 18:11 (UTC+04:00)

Hindistanda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb, 34 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. Hindistan KİV-lərinin yazdığına görə, Dehlidən Varanasiyə gedən avtobus Aqra-Luknou magistralında yük avtomobili ilə toqquşub. Qəza vaxtı avtobusda 41 sərnişin olub. Avtobusun sürücüsü də daxil olmaqla yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hazırda təhqiqat aparılır.